Cibimin boşluğunu, Üzümün xoşluğunu

Cibimin boşluğunu,
Üzümün xoşluğunu,
Qısqananlar az deyil!
Mən ömrümü yaşaram,
Yaşaram şahlar kimi,
Bu dünya taraz deyil!

Allahıma köləyəm,
Dünyamda bir padişah!
Mənimlə bəhsə girmə,
Oyundur mat ilə şah,
Mat qalanlar az deyil,
Bu dünya taraz deyil!


Raifə Sərxanqızı

Yorum ekle