Tanıyıram!

Kimsə mənə söyləməsin,
Mən özümü tanıyıram!
Kimsə məndən inciməsin,
Mən sözümü tanıyıram!

Yer göstətib, qaldırmaram,
Nahaq yerə saldırmaram!
Baxışımla yandırmaram,
Mən gözümü tanıyıram!

Güc almışam ədalətdən,
Uzağam, kin-kidurətdən!
Qruplaşan bir nifrətdən,
Mən dözümü tanıyıram!

Kəhərimdən qırmancımı,
Kəsərindən qılıncımı,
Kül altında qığılcımı,
Mən közümü tanıyıram!

Nahaq yerə söz atırsan,
Niyə günaha batırsan?
Yayın yoxdu, ox atırsan,
Mən çözümü tanıyıram!
Mən özümü tanıyıram!!


Raifə Sərxanqızı

Yorum ekle