KERKÜK'ÜN

Deniz Məmmədzadə

Göz yaşları qurumadı Kərkükün
Çox cocuğu böyümədi Kərkükün
Şəhid qanı soyumadı Kərkükün
Doymadınmı zalım fələk dur biraz

Türkmən elim çox acılar çəkibdir
Üreyinə tikan kollar əkibdir
İgidlər sinəsin səngər çəkibdir
Zalım dünya dayan bir az,dur biraz

Petrolun keyfini zalımlər gördü
Petrol türkmənlərə,ipək tor hördü
Gələn də,gedən də türkmənə hürdü
Zalım fələk insafa gəl,dur biraz

Kimin qarğışına ,gəlibdi Kərkük
Dünyanın nazini ,çəkibdi Kərkük
Qartal tək qayada ,səkibdi Kərkük
Artiğ öz yurduna, sahıbdi kərkük
Zalım felek gücün yetməz,dur biraz.

Yorum ekle

Sosyal Medya